Ankarada məscid partladıldı: 1 ölü, 2 yaralı
Ankarada məsciddə partlayış olub. APA TV-nin Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Əsəntəpə məscidində camaatın namaz qıldığı zaman partlayış baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb. Ölən şəxsin Mustafa Sarıkan adlı şəxs olduğu məlum olub. Yaralılar ilkin tibbi yardımdan sonra dərhal xəstəxanaya yerləşdirilib. Polis hadisə ilə bağlı araşdırma aparır.