“20 Yanvar - Azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “20 Yanvar - Azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 20 Yanvar faciəsi ilə bağlı qısa arayışla çıxış edib. O bildirib ki, “20 Yanvar Azərbaycan üçün həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası A. Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Milli Məclisin Mədəniyyət komissiyasının sədri Nizami Cəfərov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev, xalq şairi Nəriman Həsənzadə, Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, millət vəkili Musa Quliyev və başqaları çıxış ediblər.
Sonda “Ölümə qənşər” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib.