Şəkidə 51 yaşlı qadını maşın vurub öldürüb
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhər-Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə şəhərin Bəxtiyar Vahabzadə küçəsində qeydə alınıb. 1988-ci il təvəllüdlü Taleh Yusifov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1964-cü il təvəllüdlü Kəmalə Əliyevanı vurub. Daha sonra avtomobil yolun kənarında dayanan başqa bir “VAZ-2107” və "2109" markalı avtomobillərə çırpılıb. Ağır bədən xəsarətləri alan 51 yaşlı Kəmalə Əliyeva hadisə yerində ölüb. Hər üç avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.