Bakıda cibgir gürcülərin başqa cinayətləri də ortaya çıxıb
Bakıda cibgirliklə məşğul olan saxlanılan 4 Gürcüstan vətəndaşı ətrafında aparılan istintaq tədbirləri nəticəsində məlum olub ki, onlar ayrı-ayrı vaxtlarda Bakı şəhərində vətəndaşlara məxsus mənzilləri qarət ediblər. Eristavi David Meraboviç və 1980-ci il təvəllüdlü Kereselidze Mindia Nudaroviç tutulub. Yanvarın 6-da Nərimanov rayonu Təbriz küçəsində yaşayan Sevda Həsənovanın mənzilindən qapını sındırmaq yolu ilə 2000 manat nağd pul və xeyli qızıl-zinət əşyasını oğurladıqlarını bildiriblər.
Qeyd edək ki, Goqolodze Georqia Merlakoviç, Geduadze Guram Giorgeviç, Eristavi David Meraboviç və Kereselidze Mindia Nudaroviç Naxçıvanski küçəsi 38-də yerləşən bazarda Bakı şəhər sakinləri - Mərdan Qənbərovun cibindən 52 manat, Əlif Orucovun cibindən 242 manat pulunu cibgirlik yolu ilə oğurladıqlarına görə şübhəli şəxs qismində saxlanılıblar.