Bakıda zəncirvarı qəza: 4 maşın toqquşdu – YÜKSƏK SÜRƏT
Ötən gecə paytaxtın Xətai rayonunda yol qəzası olub. APA TV-nin məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. Zəncirvari qəzada 4 maşın toqquşub. Dövlət Yol Polisindən verilən məlumata görə, Babək prospekti ilə üzü şəhər istiqamətində hərəkət edən "Mercedes" idarəetmədən çıxaraq yolun əks istiqamətində gözləyən "Mitshubishi"yə çırpılıb. Daha sonra isə zərbənin təsirindən çevrilərək daha bir "Mercedes"ə çırpılıb.
Bu toqquşmadan sonra avtomobillərdən biri "VAZ 21011"ə dəyib. Hadisə nəticəsində ölən olmasa da, avtomobillərə ziyan dəyib.
Qəzadan sonra prospektdə böyük tıxac yaranıb. Hadisə yerinə gələn yol polislərinin ilk araşdırması nəticəsində məlum olub ki, qəzaya yüksək sürət səbəb olub.