Neft sürətlə bahalaşır

Dünya bazarında neftin qiyməti bahalaşmaqdadır. APA TV-nin məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 48,69 dollar təşkil edib. APA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,90 dollar bahalaşaraq 50,17 dollar olub.

Müəllif | Apa.Tv
Apa.tv