Qubada ağır qəza: polis rəisinin qardaşı öldü - VİDEO

Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 142-ci km-də, magistralın Günəşli kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun məlumatına görə, “VAZ 2107” markalı avtomobillə yük maşını toqquşub. Qəza nəticəsində “VAZ 2107”nin sürücüsü dünyasını dəyişib, bir nəfər müxtəlif xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralı 1957-ci il təvəllüdlü Nəsirov Əliyulla Nəsir oğlu, dünyasını dəyişən şəxs isə Rəhmanov Muradəli Seyfəddin oğludur. Qeyd edək ki, qəzada dünyasını dəyişən şəxs Şəki Şəhər-Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Nəsrəddin Rəhmanovun qardaşıdır. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv