Siyəzəndə reyd: sərxoş sürücülər saxlanıldı

Siyəzən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Siyəzən şəhəri ərazisində reyd keçirib. APA TV-nin məlumatına görə, reyd zamanı çox sayda yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılaraq məsuliyyətə cəlb edilib. Axşam saatlarında start verilən reyddə Siyəzən şəhəri Heydər Əliyev prospektində keçirilib. Reydin keçirilməsində əsas məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən sürücüləri müəyyən edib saxlamaq, onların yarada biləcəyi yol nəqliyyat hadisələrinin qarşısını almaqdır. 2 sərxoş sürücü müəyyən edilərək məsuliyyətə cəlb edilib. Reyd zamanı polisin saxla əmrinə tabe olmayıb ərazidən uzaqlaşmağa çalışan sürücülərə də rast gəlinib. Siyəzən şəhəri ərazisinə iritonnajlı yük avtomobillərinin girişi qadağan olunduğundan belə nəqliyyat vasitələri də saxlanılıb. 2 yük avtomobili saxlanılaraq duracağa aparılıb. Bununla yanaşı, reyddə bir sıra digər qayda pozuntularına da rast gəlinib. Bu kimi reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.
 

Müəllif | Apa.Tv
Vəli Turan