İŞİD iki homoseksualı edam etdi

İŞİD terrorçuları İraqda iki şəxsi edam edib. Onlar homoseksual olmaqda günahlandırılıb. APA TV-nin Türkiyə saytlarına istinadən verdiyi məlumata görə, terrorçular edamı Mosul yaxınlığında yerləşən Ninova şəhərində həyata keçirib. İŞİD terrorçuları cinsi əlaqədə günahlandırdığı iki homoseksual kişini əlləri və gözləri bağlı yüksək binaya çıxararaq yerə atıblar. Aşağıda isə yüzlərlə insan edamı seyr edib. Cinayət anının fotoları terrorçular tərəfindən çəkilərək sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, bir neçə gün öncə terrorçular 10 yaşlarında bir uşağa rus casusu hesab etdiyi iki şəxsi güllələtdirmişdi.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı