Dəm qazı zəhərlənməsi: Xaçmazda qadın ölümdən qurtarıldı
Xaçmaz şəhərində dəm qazından boğulma faktı qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhəri, Sabir küçəsində yaşayan Ağazeyeva Könül Nurəddin qızı dəm qazından zəhərlənib. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onun vəziyyəti stabilləşib və tibb müəssisəsinin reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.