Göyçayda iki maşın toqquşub, sürücülər yaralanıb

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə Göyçay şəhərinin Əli Kərim küçəsində qeydə alınıb. Şəhər sakini 33 yaşlı Rzayev İsmayıl Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn və Şəhadət kənd sakini, 24 yaşlı Soltanov Orxan Elbrus oğluna məxsus “VAZ 2106” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alaraq, Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov