Gəncə 20 yanvar şəhidləri anılıb
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin 150-dən artıq fəal üzvü Şəhidlər xiyabanına yürüş təşkil edib. APA TV-nin xəbərinə görə, YAP Gəncə şəhər Təşkilatı binasının qarşısında toplanan gənclər Şəhidlər xiyabanına gedib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin məzarlarını ziyarət edərək, üzərinə gül dəstələri qoyub, şəhidlər xiyabanında təmizlik işləri aparıblar.
YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev çıxış edərək yanvar hadisələrinin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən bu işin uğurla davam etdirildiyini bildirib.