İŞİD azərbaycanlı komandiri edam edib
İŞİD terror təşkilatı azərbaycanlı komandirlərindən birini edam edib. APA TV-nin «Timeturk» saytına istinadən verdiyi məlumata görə, Sirac Azəri adlı azərbaycanlı komandir «xarici», casus olması səbəbi ilə edam edilib. Sirac Azərinin Sumqayıt şəhərindən olduğu və uzun müddət Əfqanıstanda, daha sonra isə Suriyaya gedərək İŞİD sıralarında döyüşdüyü bildirilir.
Bir neçə həftə əvvəl isə İŞİD Şimali Qafqazdan olan Sergey Asimov adlı bir döyüşçüsünü xarici ölkənin agenti olmasında şübhəli sayaraq edam edib.