İmişlidə avtomobil aşdı: 1 yaralı

İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər yaralanıb. Rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, avtoqəza ötən gecə İmişli-Qaradonlu yolunun Qaralar kəndi ərazisində qeydə alınıb. İmişli rayon sakini Heydərov Ramal Əbülfət oğlunun idarə etdiyi "VAZ 2109" markalı, 90 LR 924 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin Teymurov Teymur Rza oğlu müxtəlif bədən xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı