Ucarda məktəbli qızı oğurlayan 3 xalaoğlu tutuldu
Ucarda məktəbli qızı oğurlamaqda təqsirləndirilən 3 nəfər saxlanılıb. Saxlanılanlar rayonun Yuxarı Şilan kənd sakini Əfsuz Allahverdiyev və onun xalasının oğlanlarıdır. Həmin şəxslər kənd sakini, 16 yaşlı Minəxanım Mikaylovanı qaçırmaqda təqsirləndirilir. Məlumata görə, Minəxanım Mikayılova məktəbə gedərkən Əfsuz Allahverdiyev və iki xalası oğlu qızı məcburi şəkildə avtomiobilə mindirrərək naməlum istiqamətə aparıb. Qızının qaçırıldığını bilən atası Nizami Mikayılov dərhal DİN-nin "102" qaynar xəttinə və Ucar rayon Polis Şöbəsinə məlumat verib.
Əfsuz Allahverdiyev 11-ci sinif şagirdini evlənmək məqsədi ilə qaçırdığını deyib. Ucar və Zərdab rayon Polis şöbələri əməkdaşlarını keçirdiyi əməliyyatla Əfsuz Allahverdiyev Zərdab rayon istiqamətinə gedərkən saxlanılıb. Əfsuz Allahverdiyevin sözlərinə görə, onların əvvəldən qohumluq əlaqəsi olub. Valideynləri qıza el adəti ilə eçli getsələr də, Minəxanım Mikayılovanın atası bu izdivaca razı olmayıb. Bu səbəbdən xalası oğlu, Yuxarı Şilyan kənd sakini Rusif Dadaşov və onun qardaşı, Hüseyn Dadaovla qızı qaçırmaq qərarına gləlib.
Tutduğu əməldən peşman olan Əfsuz Allahverdiyev qızın valideynlərindən üzr istəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.2.3 və 144.3-cü (adam oğurluğu) maddələri ilə cinayət işi başlanılıb. Hər üç şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.