Gəncədə üçəm oğlan dünyaya gəlib

Gəncə şəhərində üçəm dünyaya gəlib. Dünyaya gələn körpələrin üçü də oğlandır. Bu, yeni ildə ölkəmizdə ilk üçəm doğulması faktıdır. APA TV-nin xəbərinə görə, üçəmləri Gəncə şəhər sakini, 23 yaşlı ana Ramilə Əmrahova dünyaya gətirib. Doğuş qeysəriyyə əməliyyatı ilə olub. Hər üç uşaq və ana tam sağlamdır.

 

Uşaqların çəkisi 2 kq 100 qram, 2 kq, 1 kq 800 qramdır, tənəffüs çatışmazlıqları yoxdur.

 

Əmrahovlar ailəsində dünyaya gələn üçəmlərə Həsən, İbrahim və Məhəmməd adları qoyulub.

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli