Bakıda "KamAZ"la "Mitshubishi" toqquşdu
Ötən gecə Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza Ziya Bünyadov prospektində qeydə alınıb. Elçin Əhmədovun idarə etdiyi "KamAZ"la Elvin Novruzovun idarə etdiyi "Mitshubishi" toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib. Qəza ilə bağlı yolda sıxlıq yaranıb. Hadisə yerinə Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırma nəticəsində məlum olub ki, qəzaya avtomobillərdən birinin qəfil manevr edərək hərəkət zolağını dəyişməsi səbəb olub.
Hər iki maşın cərimə meydançasına aparılıb. Faktla bağlı Nərimanov Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.