Xarkovda partlayış törədilib, 13 nəfər yaralanıb

Ukraynanın Xarkov şəhərində Moskva rayon məhkəmə binasının yaxınlığında baş vermiş partlayış nəticəsində 13 nəfər xəsarət alıb.


APA TV-nin məlumatına görə, partlayış zamanı yaralananlardan ikisinin vəziyyəti ağırdır. Xarkov prokurorluğunun mətbuat katibi Vita Dubovik informasiyanı təsdiq edib.  Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko isə bildirib ki, partlayış nəticəsində 13 nəfər yaralanıb. Hazırda partlayışın yerində səkkiz briqada işləyir. Terror aktının kimlər tərəfindən törədildiyi araşdırılır.

 

Müəllif | Apa.Tv