Keniyada polis məktəblilərin aksiyasını dağıdıb

Keniya az rast gəlinən bir polis müdaxiləsinə səhnə olub. APA TV-nin məlumatına görə, Paytaxt Nairobidə oyun parklarının bağlanmasına  etiraz edən ibtidai sinif şagirdlərinə polis gözyaşardıcı qazla müdaxilə edib.

Şagirdlər ağlayaraq dərhal qaçmağa başlayıblar. Polisin azyaşlılara bu cür müdaxilə etməsi olduqca kəskin reaksiyaya səbəb olub. Ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəlikləri həmin polislərin dərhal cəzalalandırılmasını tələb edib. Keniya polisi isə bir az aha irəli gedərək aksiya keçirən şagirdlər barəsində cinayət işi başlayıb.

 

Qeyd edək ki, məktəblilərin oyun parkı otel sahiblərindən birinə satılıb. Park söküldükdən sonra yerində avtomobil dayanacağı tikiləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv