Baş nazirin müavini dərmanların keyfiyyətindən danışdı: "Nəzarət artırılmalıdır"

Azərbaycanda satılan dərman vasitələrinin keyfiyyətinə nəzarət ciddi şəkildə artırılmalıdır. APA TV-nin məlumatına görə, bunu jurnalistlərə baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov dərmanların qiymətinin süni artırılması hallarına münasibət bildirərkən deyib. Əli Əhmədov bildirib ki,  “Dərman vasitələri haqqında” qanuna Milli Məclisdə dəyişiklik edilib: "Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanda satılan dərman vasitələrinin həm keyfiyyətinə nəzarət ciddi şəkildə artırılsın, həm də onların qiymətinin süni surətdə artırılmasının qarşısı alınsın. Bununla bağlı müvafiq tədbirlər görülür”.

 

Əli Əhmədov bildirib ki, müvafiq prosedurdan sonra bununla əlaqədar Nazirlər Kabineti tərəfindən normativ hüquqi sənəd hazırlanacaq.

 

 

Müəllif | Apa.Tv