İŞİD yapon girovları azad etmək üçün 200 milyon dollar istəyir
İŞİD girov götürdüyü iki Yaponiya vətəndaşını azad etməyə hazır olduğunu bəyan edib. Terrorçuların bu addım qarşılığında şərtləri var. Onlar buna görə 72 saat müddətində 200 milyon ABŞ dolları tələb edirlər. APA TV-nin "Associated Press"ə istinadən verdiyi məlumata görə, terrorçular şərtlərini yaydıqları videogörüntüdə bildirirlər. Videoda yaponların narıncı rəngdə olan İŞİD-in "qurban geyimi"ndə olduqları görünür. Onların kimlikləri də açıqlanıb. Kendzi Qoto Yoqo və Xaruna Yukava adlı şəxslər bir müddətdir, terrorçuların əlindədir. Kadrda onların başı üzərində dayanmış İŞİD döyüşçüsü Yaponiya hökumətinə səslənir: "Vətəndaşlarınızı xilas etmək üçün 200 milyon dolları verin, yoxsa siz onların dəhşətli ölümünü izləyəcəksiniz. Başqa heç nə düşünməyin. Axı siz, böyük məmnuniyyətlə bizim qadınlarımızın, uşaqlarımızın öldürülməsi və müsəlmanların evlərinin dağıdılması üçün 100 milyon dollarınızdan keçmisiniz". Yanoniya tərəfi məsələyə hələ ki, heç bir reaksiya verməyib. Görüntülərdə danışan şəxsin ingilis dilində müraciət edir. Bildirilir ki, bu terrorçu amerikalı və britaniyalı girovları qətl edən şəxsdir.