DSMF daha bir xidmətini elektronlaşdırır

“Sosial sığorta və əhalinin pensiya təminatı haqqında” qanuna dəyişiklik ediləcək. APA TV-nin xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun  sədri Elman Mehdiyev deyib. Fond sədri bildirib ki, bununla bağlı müvafiq qurumlarla müzakirələr aparılacaq. Dəyişikliklər əsasən, sosial sığorta prinsiplərinin müəyyənləşməsi, dövlət öhdəlikləri ilə sığorta-pensiya öhdəliklərinin fərqləndirilməsi, eləcə də əhaliyə əlavə pensiya təminatı imkan verən yığım komponentlərinin tətbiqi və sosial pensiya fondlarının fəaliyyətinin təşkili olacaq.  Yeni ildən yeni pensiya alqoritmləri tətbiq ediləcək: “Əlilliyə və ailə başçısını itirməyə görə pensiyalar yeni əsaslarla hesablanacaq. Bu dəyişiklik yalnız yeni pensiyalara aid olunacaq. Hazırkı günə qədər olan pensiyalar isə dəyişməyəcək”.

 

Sədr bildirib ki, Azərbaycanda sosial-sığorta hesabatlarının verilməsi ilə bağlı yeni elektron xidmət həyata keçiriləcək. Tətbiq olunacaq elektron xidmət özündə iki hesabat formasını birləşdiriləcək və hesabatlar vahid formada təqdim olunacaq. Bununla da, işəgötürənlərin təqdim etdiyi hesabatların sayı azalacaq. Bunda başqa, hər bir şəxs sosial sığorta haqqının məbləği haqda hər rüb məlumat əldə edə biləcək.

Qurum rəhbəri əlavə edib ki, bu sistem artıq normativ-hüquqi sənədlərlə təsdiqini tapıb və  Ədliyyə Nazirliyində  qeydiyyatdan keçib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova