Hüseyn Bağırov Xəzərdə su səviyyəsinin azalmasının səbəbini açıqladı
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzərdə suyun səviyyəsinin enməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. APA TV-nin məlumatına görə, nazir bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin düşməsinin səbəbi qlobal küləklərin istiqamətinin tsikllərlə vaxtaşırı dəyişməsi, çaylarda suyun səviyyəsinin müxtəlif regionlarda qalxıb-düşməsi ilə bağlıdır: "Tədbirlər əsasən, suyun səviyyəsi qalxan zaman görülür. Çünki bu zaman daha təhlükəlidir".
Nazir bildirib ki, bu işlə dəniz sahilində infrastrukturu olan təşkilatlar, şəhərsalma təşkilatları və digər qurumlar məşğul olmalıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinın yaydığı məlumata görə, Xəzər dənizinin səviyyəsi son 7 ildə 0,56 metr azalıb və 2014-cü il üçün dəniz səviyyəsinin orta illik qiyməti Baltik sistemi ilə -27,43 metr olub.