Azərbaycanda yeni qızıl yataqları kəşf edilib

"Azərbaycanda daha iki qızıl yatağında işlər aparılıb, bir neçə yeni qızıl yatağı kəşf edilib". APA TV-nin xəbərinə görə, bu fikirləri jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib: "Kəşf olunan yataqlar üzərində hesablama aparılır. Hətta bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi kimi ilk dəfə olaraq Azərbaycanda qızıl yataqlarının atlasını hazırlamışıq".

Nazir əlavə edib ki, hazırda yataqların ehtiyatları dəqiqləşdirilir.

 

Müəllif | Apa.Tv