İsmayıllıda 3,8 bal gücündə zəlzələ baş verib
İsmayıllıda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən xəbərə görə, yanvarın 20-də yerli vaxta saat 11:19-da Pirquludan 15 kilometr şimal-qərbdə, İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. Yerin 39 kilometr dərinliyində qeydə alınan zəlzələnin maqnitudası 3,8 bal təşkil edib. Zəlzələ hiss olunmayıb.