Kafedə narkotik satan Qax sakini tutulub

Narkotik vasitələrin satışı ilə məşğul olan Qax şəhər sakini həbs edilib.  Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, rayon  sakini 1976-cı il təvəllüdlü, Elşad Həsənov narkotik vasitə hesab olunan 415 qram qrudulmuş marixuananı Qax şəhərində fəaliyyət göstərən kafelərin birində  şərti alıcıya 100 manata satarkən tutulub.  Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov