Bakıda daha bir yol təmirə bağlandı

 

Bakıda daha bir yol təmirə bağlanıb. APA TV-nin məlumatına görə, Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski küçəsi ilə kəsişməsindən Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti dünən axşam saatlarından dayandırılıb. Küçənin həmin hissəsində asfalt örtüyü və kommunikasiya xətləri yenilənir.

Yanvarın 20-sinin Ümumxalq Hüzn Günü kimi qeyri-iş günü olmasına baxmayaraq, hərəkətin intensiv olduğu yolun bağlanması Akademik Həsən Əliyev və Fətəli xan Xoyski küçələrinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsində nəqliyyətin hərəkətində sıxlığa səbəb olub.

 

Təmir işlərinin bir neçə gün davam edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Koroğlu Rəhimov küçəsinin əhəmiyyətli hissəsi ötən ilin noyabrında hissə-hissə təmir edilib. Bundan sonra küçənin Əbdürrəhimov küçəsi ilə kəsişməsinədək olan hissəsinin təmiri nəzərdə tutulur. Bununla da Koroğlu Rəhimov küçəsində təmir işləri tam başa çatacaq. 

Müəllif | Apa.Tv