Təl-Əvivdə fələstinli avtobusda 9 sərnişini bıçaqladı

Təl-Əvivdə bir fələstinli marşrut avtobusunda sərnişinlərə bıçaqla hücum edib. Silahlı doqquz nəfərə xəsarət yetirib, onlardan ikisinin vəziyyəti ağırdır. Xəsarət alanlar arasında sürücü də var. Bütün yaralılar xəstəxanaya yerləşdiriliblər. İnsanlara qorxulu anlar yaşadan şəxsin 23 yaşı var. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, cinayəti törədən şəxs İordan çayının qərb sahilində yerləşən Tulkarm şəhərinin sakinidir. Fələstinli gənc İsrail ərazisinə qanunsuz daxil olub. Sərnişinləri yaraladıqdan sonra o, qaçmağa cəhd edib. Lakin dərhal hadisə yerinə gələn polislər buna imkan verməyiblər. Polislər silah işlədiblər. Fələstinli ayağından güllə yarası alıb. Hazırda hüquq mühafizə orqanları

 

İsrail paytaxtı ilə yanaşı digər şəhərlərdə də gücləndirilmiş iş rejiminə keçiblər. Polis yeni silahlı hücumların baş verməsindən ehtiyat edir.

Müəllif | Apa.Tv
Apa.tv