Metroda tutulan cibgirin yeni əməlləri üzə çıxıb

Saysız-hesabsız oğurluq əməli törətdiyi üçün Bakıda həbs olunan Sumqayıt sakininin daha bir cinayəti üzə çıxıb. Metropoliten Polis Şöbəsindən APA TV-yə bildirilib ki, 1977-ci il təvəllüdlü Cavid Hüseynovun ötən il dekabrın 8-də metronun 28 May stansiyasında Şəki sakini Türyan Zəkəriyevin də mobil telefonunu oğurladığı müəyyənləşib.

 

Qeyd edək ki, saxlanılan şəxs xeyli müddət cibgirliklə məşğul olub. O, əsasən, metropolitendə oğurluq edirmiş. Etdiyi oğurluqlardan bəzilərini müşahidə kameraları lentə alınıb. 

 

Saxlanılandan sonra müəyyən olunub ki, metrodakı əməlindən başqa yerlərdə də oğurluq edib. Ötən il martın 4-də metronun “Neftçilər” stansiyasında Şəki rayon sakini Maral Əhmədovanın, mayın 3-də 100 saylı xətt avtobusunda Bakı şəhər sakini Yusif Əliyevin, dekabrın 6-da metronun “Koroğlu” stansiyasında Bakı şəhər sakini, Tərlan Kərimovanın, dekabrın 8-də metronun 28 May stansiyasında Bakı şəhər sakini, Həmid Rəhimlinin mobil telefonlarını ciblərindən oğurlayıb.

 

Bu şəxsi görüb tanıyanların Metropoliten polisinə müraciət etmələri xahiş olunur. Saxlanılan şəxslə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv