Gəncədə kürəkən qayınatası və qaynını ölümcül yaraladı

Gəncədə ailə münaqişəsi zəminində insident baş verib. Arvadının atasıgilə getməsindən hiddətlənən ər qayınatası və qayınını bıçaqlayıb. Hadisə  yanvarın 21-də səhər saatlarında qeydə alınıb. Gəncə şəhər sakini İnqilab Rəhimov ailə münaqişəsi zəminində qayınatası, 1963-cü il təvəllüdlü Fərail Abbasovu və qayını, 1993-cü il təvəllüdlü Təbriz Abbasovu bıçaqlayıb. Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər 22 yaşlı Təbriz  Abbasovun vəziyyətinin daha ağır olduğunu bildirirlər. Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, Abbasovlar ailəsi İnqilab Rəhimovla problemi olan qızlarını öz evlərinə aparıb. Barışmaq üçün qayınatasıgilə gedən İnqilab Rəhimov münaqişə zəminində qayınatası və qayınını bıçaqlayıb. Hadisəni törədən saxlanılıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli