Bakıda "Honda" ilə "Mercedes" toqquşdu
Ötən gecə Bakının Xətai rayonunda qəza olub. APA TV-nin məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. Murad Məmmədovun idarə etdiyi "Honda" ilə Afiq Rüstəmov un idarə etdiyi "Mercedes" toqquşub. Qəzada xəsarət alan olmasa da, avtomobillər yararsız halla düşüb. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, qəzaya "Mercedes"in sürücüsü Afiq Rüstəmovun dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
Qeyd edək ki, qəza zamanı "Honda" yanmaq təhlükəsi ilə üzləşib. Dərhal yanğına qarşı tədbir görülüb. Daha sonra avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.
Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.