Ukrayna hərbçiləri 242 gün sonra Donetsk aeroportunu tərk etdi

Ukrayna hərbçiləri Donetsk aeroportunu tərk edib.

 

APA TV-nin məlumatına görə, 242 gün aeroporta nəzarət edən Ukrayna tərəfi ağır döyüşlərdən sonra bu gecə mövqelərindən çəkilməyə məcbur qalıb. Ukrayna könüllü batalyonunun Facebook səhifəsində aeroportun müdafiəsinin Stalinqradın müdafiəsindən çox çəkdiyi qeyd olunub. Hərbçilərin aeroportdan çəkilməsinə səbəb infrastrukturun tam yarasız vəziyyətə düşməsidir. Xatırladaq ki, separatçılar hələ ötən həftə Donetsk aeroportuna tam nəzarət etdiklərini bildirsələr də, Ukrayna tərəfi bu iddianı təkzib edirdi. Antiterror əməliyyatlarına rəhbərlik edən qurum Donetsk aeroportu bölgəsinə əlavə qüvvələr göndərildiyini bildirir. Rusiya mətbuatı isə aeroportun yeni terminalını müdafiə edən Ukrayna hərbçilərindən 16 nəfərin əsir götürüldüyünü yazır. 

Müəllif | Apa.Tv
Apa.tv