Xaçmazda 4 uşaq anasını maşın vurub öldürdü

Qəndab-Yalama yolunun 10-cu kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayonu, Ağalıq kənd sakini, 4 uşaq anası, 35 yaşlı Gülşən Babayevanı 99 DO 380 dövlət nömrə nişanlı “KİA Sorento” markalı avtomaşın vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

 

Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib. Ekspertizadan sonra meyit ailəsinə təhvil verilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq idarəsində cinayət işi açılıb, araşdırma davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan