Bakıda qadın sürücü qəza törətdi: 2 yaralı

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, qəza Nobel prospektində qeydə alınıb. Kərimova Səbinə İlham qızı idarə etdiyi "Kia" markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olan zaman qəfil idarəetməni itirib. Nəticədə o, avtomobili ilə yoldan çıxaraq daş hasarlara çırpılıb. Qəza nəticəsində sürücü Səbinə Kərimova və yanındakı sərnişin xəsarət alıb. Onlar çağırılan təcili yardım vasitəsi ilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıblar.

 

Hadisə yerinə gələn Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, qəzaya yüksək sürət səbəb olub.

 

Avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.

 

Fakta bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv