TBMM sədri: "Türkiyə hər zaman Azərbaycanın haqlı mübarizəsini dəstəkləyəcək"

“Cənubi Qafqazda asayişin təmin olunmasına və vəziyyətin sabitləşməsinə başlıca maneə Dağlıq Qarabağ problemidir. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasının qəbul edilməzliyini bilirik”.

 

APA TV-nin xəbərinə görə, bunu İslam Əməkdaşlığı Təşkilatı Parlamentləri Birliyinin İstanbulda keçirilən sessiyasında çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib.

 

İslam dünyasının üzərində həssaslıqla dayandığı əsas problemlərdən birinin də Dağlıq Qarabağ problemi olduğunu diqqətə çatdıran C. Çiçək Cənubi Qafqazda sülh və rifahın təmin olunmasında əsas şərt kimi Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolunu göstərib.

 

“Bu gün Azərbaycanda bir milyondan artıq qaçqın və köçkünün yerlərindən və yurdlarından ayrılmaq məcburiyyətində qalmasına baxmayaraq, beynəlxalq ictimaiyyətin gözlənən münasibəti göstərdiyini söyləmək mümkün deyil. Türkiyə hər platformada Azərbaycanın bu haqlı mübarizəsini dəstəkləməyə davam edəcək”, - deyə TBMM sədri əlavə edib.

 

Müəllif | Apa.Tv
Apa.tv