Azərbaycan prezidenti Davosda Məhəmməd Nəhavəndianla görüşüb
Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 21-də İsveçrəyə işgüzar səfərə gəlib. Prezidenti İlham Əliyev Davosda İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olundu. Ötən il Davosda Azərbaycan və İran prezidentlərinin görüşündən keçən müddətdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafının məmnunluq doğurduğu qeyd edilib. Son dövrdə dövlətlərimizin başçılarının görüşlərində ikitərəfli münasibətlərin inkişafına dair aparılan səmərəli müzakirələrin bu gün müsbət nəticələr verdiyi bildirilib. Eyni zamanda, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyi və bir-birini dəstəklədiyi diqqətə çatdırılıb.
Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələri, o cümlədən enerji, qarşılıqlı sərmayə qoyuluşu, neft, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.