Donetskdə meyitlər küçələrdə qaldı - REAL GÖRÜNTÜ
Ukraynanın Donetsk şəhərində mərminin trolleybus dayanacağına düşməsi nəticəsində 13 nəfər ölüb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, 20 nəfərin də yaralandığı bildirilir. Onların çoxunun vəziyyəti ağır qiymətləndirilir. Hadisə bu gün səhər saatlarında baş verib. Mərmi dayanacağa sakinlərin nəqliyyat vasitəsi gözlədiyi zaman düşüb. Ölənlərin əksəriyyəti yaşlılardır. Atəş nəticəsində trolleybus və avtomobil yanıb. Araşdırmalar aparılır.