Ukrayna səfiri: "Azərbaycanın bu şərtlərdə işğalçı ilə razılığa gəlməsi çox çətindir"

“Azərbaycanın torpaqları işğal olunub, amma beynəlxalq təşkilatlar onu işğalçı tərəflə razılıq əldə etməyə, ümumi dil tapmağa çağırır”.

 

APA TV-nin xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ölkəsinin 22 Yanvar - Birlik Günü münasibətilə keçirilən dəyirmi masada deyib: “Azərbaycanın bugünkü şərtlərdə işğalçı ilə razılığa gəlməsi çox çətindir. Bu məsələdə Ukrayna ilə Azərbaycanın vəziyyəti oxşardır. Azərbaycana deyirlər ki, təcavüzkarla razılaşmağın yolunu tapsın. Təcavüzkarla necə ümumi dil tapmaq olar? Təcavüzkar xoşbəxtdir, o, işğal etdiyi torpaqları qaytarmaq istəmir".

 

Səfir 1919-cu il yanvarın 22-də Ukrayna Xalq Respublikası və Qərbi-Ukrayna Respublikası arasında Birləşmə Aktının imzalandığını xatırladıb, bu günün Ukraynanın dövlətçilik tarixində xüsusi yer tutduğunu deyib.

Müəllif | Apa.Tv
Apa.tv