Ermənistanda Valeri Permyakova ağır işgəncə verilib

Gümrüdə bir erməni ailəsini qətlə yetirən Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgəri Valeri Permyakovun həbsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Vesti.az-ın Ermənistanın "Joxovurd" qəzetinə istinadən verdiyi məlumata görə, Valeri Permyakov həbs edildiyi günün səhəri Gümrüdəki hospitala aparılıb. Bildirildiyinə görə, məqsəd Permyakovun psixoloji probleminin olub-olmadığını araşdırmaq olub. Erməni mənbələri isə bu məlumatın doğru olmadığını yazır. Erməni mətbuatı buna səbəb kimi hərbçinin vəhşicəsinə döyülməsi faktını göstərir. Döyüldükdən sonra rus əsgər huşsuz vəziyyətə düşüb. Buna baxmayaraq, onun üzərində yenə də psixoloji müayinə aparılıb. "Joxovurd"un yazdığına görə, 102-ci hərbi bazanın hospitalında həkimlərin hamısı ermənilərdir. Onlar Permyakovu müalicə etməkdən birmənalı olaraq imtina ediblər. Rus əsgərin döyülməsi və həkimlərin onu müalicə etməkdən imtina etməsi faktı ermənilərin Permyakovun Ermənistanda mühakimə olunacağına inamsızlıqları ilə izah olunur.

Müəllif | Apa.Tv
Apa.tv