Səlim Müslümov: "Müəllimlərin maaşının artması gender probleminin həllində də böyük rol oynayır"

"Bir qrup müəllimin maaşının artırılması həm də gender problemlərinin həllində böyük rol oynayır".

 

APA TV-nin əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevin sərəncamı ilə ümumilikdə 30 minə yaxın müəllimin  əmək haqlarının qaldırılmasına münasibət bildirərkən deyib. Nazir qeyd edib ki, bu, kişilərlə qadınların bərabər maaş almalarını tənzimləyəcək: "Ölkəmizdə təhsil sahəsində çalışanların böyük əksəriyyəti qadındır. Onların bir iş saatı  ilə dərs demələri çox aşağı maaş almalarına gətirib çıxarırdı. Nəticədə belə bir fikir ortaya çıxırdı ki, qadınlar aşağı maaş alır, kişilər çox". 

 

Səlim Müslümov bildirib ki, yeni  qaydalar  Əmək Məcəlləsinə uyğun olaraq aparılır: "Hələlik bu, Bakı şəhərində keçirilir. Təhsil Nazirliyi bu işi yüksək səviyyədə həyata keçirir".

 

Qeyd edək ki, sərəncamın birinci hissəsi yanvarın 1-dən qüvvəyə minib.

 

Müəllif | Apa.Tv