Zabratda piyadanı maşın vurub
Bakının Zabrat qəsəbəsində yolu keçmək istəyən piyadanı maşın vurub. APA TV-nin məlumatına görə, 41 yaşlı Əfqan Abbasov özünə məxsus “VAZ-2106” markalı avtomobillə şəhər istiqamətində sürətlə hərəkətdə olarkən yolu keçmək istəyən Ceyhun Qasımovu vurub. Piyadanı vuran sürücü onu öz avtomobili ilə xəstəxanaya çatdırıb.
Əfqan Abbasov ifadə vermək üçün polisə aparılıb. “VAZ-2106” markalı avtomobil isə cərimə meydançasına yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.