Gəncədə zəncirvarı qəza: 7 avtomobil toqquşdu - VİDEO
Gəncədə 7 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Prospektlə yüksək sürətlə hərəkət edən “Mersedes” markalı avtomobil “QAZ 24”, “Hyundai”, “Wolksvagen” və üç “Mercedes” markalı avtomobilə çırpılıb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Maşınlardan bir neçəsi yararsız hala düşüb.
Məlumata görə, qəzanı törədən sürücü, 52 yaşlı Rövşən Alıyev sərxoş olub.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.