Xaçmazın mərkəzi bazarında güclü yanğın - VİDEO
Xaçmazın mərkəzi bazarında 5 anbar yanıb. APA TV-nin Şimal bürosunun verdiyi xəbərə görə, Xaçmaz şəhərində ümumi sahəsi 2000 kv.m olan mərkəzi bazarın ərazisində yanğın baş verib. Nəticədə vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş ümumi sahəsi 25 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış mallar, digər ümumi sahəsi 45 kv.m olan anbarın dam örtüyü və içərisinə yığılmış mallar, ümumi sahəsi 25 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış mallar, ümumi sahəsi 45 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 25 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Digər bitişik tikilmiş anbarlar yanğından mühafizə olunub.
Yanğın saat 00:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.