Azərbaycanın xalq artisti xəstəxanaya yerləşdirilib

Xalq artisti Nuriyyə Əhmədova dünən gecə saatlarında Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, xalq artisti hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə xəstəxanaya qəbul edilib. Hazırda vəziyyəti normaldır. Ciddi, narahatlığa səbəb olacaq heç bir şey yoxdur.

 

Xəstəxanadan əlavə ediblər ki, xalq artisti sabah palataya köçürüləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv