Həftə sonu hava yağıntılı olacaq

Həftə sonu Azərbaycan ərazisində yağıntılı hava şəraiti proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, yanvarın 24-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər çiskinli, günün ikinci yarısında arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə, gündüz 5-8 dərəcə isti olacaq. Rayonlarda hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-9 dərəcə, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv