Bakıda zirzəmidən yanmış kişi meyiti tapılıb

Bakıda yanmış kişinin meyiti aşkar edilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

İkimərtəbəli binanın zirzəmisində baş verən yanğın zamanı 1 ədəd döşək yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı bir nəfər yanmış kişinin meyiti aşkarlanıb. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi yanğın söndürülüb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv