Gəncədə keçmiş ər arvadını bıçaqlayıb

Gəncədə qadın bıçaqlanıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Ordubadi küçəsində qeydə alınıb. Şəhər sakini, 1968-ci il təvəllüdlü Nofəl Qasımov ailə münaqişəsi zəminində boşandığı həyat yoldaşı, 1975-ci il təvəllüdlü Kamilə Kərimovanı bıçaqlayıb. Qarın nahiyəsindən bıçaq yarası alan qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. 

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli