Kral Abdullahın dəfninə qatılacaq Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanına yola düşüb

Bu gün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov,Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası işçi qrupunun rəhbəri Fəttah Heydərov Səudiyyə Ərəbistanına yola düşüb. Milli Məclisdən APA-ya verilən məlumata görə, onlar bu ölkəyə kral Abdullah ibn Əbdüləzizin dəfn mərasimində iştirak etmək məqsədilə gediblər. Dəfn mərasimi bu gün keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv