DGK sədri Neftçalada qəbul keçirib

Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Aydın Əliyev Aydın Əliyev Neftçalada vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, qəbul Heydər Əliyev Mərkəzində keçirilib. Qəbulda Neftçala, Salyan, Biləsuvar, Cəlilabad rayonlarından olan vətəndaşlar iştirak ediblər.

 

Vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub.

 

Səyyar qəbul zamanı komitə sədri qaldırılan məsələlərin qanunvericiliyə  uyğun  həlli barədə  müvafiq strukturların  rəhbərlərinə tapşırıqlar verib.  Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı