Rusiya vətəndaşı yük maşını ilə Bakıda qəza törətdi

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə,  hadisə Bayıl qəsəbəsində qeydə alınıb. Rusiya vətəndaşı İsaməhəmməd Hacıömərovun idarə etdiyi "KamAZ" markalı qoşqulu yük maşını ilə Elşən Muxtarovun idarə etdiyi "Mercedes" markalı minik maşınını toqquşub. Toqquşmadan sonra "KamAZ" yolun solundakı evlərdən birinin darvazasına çırpılıb.

 

Hadisə nəticəsində xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib. Sürücülərin ifadəsi də alınıb, faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv